Müğənni Kibariye həyat yoldaşı Əli Küçükbalçıqdan olan qızı Birgülün yeni fotolarını paylaşıb. Hazırda 17 yaşı olan Birgülü görənlər onun böyüdüyünü və get-gedə atasına bənzədiyini qeyd ediblər. Qeyd edək ki, Kibariye iki dəfə ailəli olub. O, ilk dəfə Tunay Ürek ilə 1979-1996-cı illərdə nikah masasına oturub. Cütlüyün övladı olmayıb. 1999-cu ildən Ali Küçükbalçık ilə evli olan sənətçinin bir qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.