Dünya əhalisinin azı yarısı vacib tibbi xidmət ala bilmir. Bunu Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatınınyeni hesabatı üzə çıxarıb.
Cia.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, hesabata görə, hər il xeyli sayda ailə yoxsulluğa yuvarlanır, çünki tibbi müalicənin xərcini öz ciblərindən çəkməlidirlər.
Hazırda 800 milyon nəfər ailə büdcəsinin azı 10 faizini tibbi xərclərə sərf edir, özünü, xəstə övladını, yaxud ailəsinin başqa bir üzvünü müalicə etdirir. Təxminən 100 milyon nəfər üçün bu xərclər yetərincə yüksəkdir və onları var-yoxdan çıxarır, günə 1,9 dollar və ya ondan da az pulla keçinməli olurlar.
Bu hesabat hazırda Tokioda keçirilən “Universal Səhiyyə Forumu-2017” adlı tədbirdə əsas müzakirə mövzusudur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.