Rafiq Hüseynovun xanımı: “Onun ən böyük arzusu yarımçıq qaldı...”
2017-ci il media üçün mühüm hadisələrlə yanaşı, itkilərlə də yadda qaldı. Klassik Azərbaycan televiziyasının siması - sovet dövrünün tanınmış diktoru Rafiq Hüseynov 71 yaşında vəfat etdi. Bu, təkcə media aləmi-televiziya üçün deyil, bütün Azərbaycan xalqı üçün ağır itki idi. Öncə ağciyər xərçənginə yaxalanan diktor, sonradan bağırsaq, ayaq şişləri və başqa xroniki fəsadlardan əziyyət çəkdi. Bir neçə il ərzində Türkiyə və Azərbaycanda əməliyyat olundu. Azərbaycan televiziya məkanının əfsanələrindən olan Rafiq Hüseynov uzun sürən ağır xəstəlikdən sonra oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində - müalicə aldığı klinikada dünyasını dəyişdi. Onun dünyasını dəyişməsi diktora olan tamaşaçı sevgisini bir daha üzə çıxardı. Rafiq Hüseynovsuz həyat Azərbaycan xalqını sarsıda bilər. Amma diktorun “İkinci bahar”ının qəhrəmanı - Səbinə Hüseynova bəlkə də hamıdan çox zərbə aldı.
Mərhum diktorun həyat yoldaşı Səbinə Hüseynova Modern.az-ın əməkdaşı ilə söhbətdə hazırkı vəziyyətin onun üçün çətin olduğunu deyib:
“Rafiq Hüseynovun itkisi xüsusilə qızıma çətindir. Demək olar ki, hər gün onu xatırlayıram. Hamı deyir ki, zamanla insanın yaraları sağalır. Amma hələ ki vəziyyət eynidir”.
S.Hüseynova çətin də olsa, diktorla olan son söhbətindən söz açıb:
“O, daha çox qızını görmək istəyirdi. Sonuncu söhbətimiz də bu haqda olmuşdu. Hələ Bakıda reanimasiyada olanda qızını gördü və çox sevindi. Çünki həkimlər yanına buraxmırdılar. Almaniyada qalanda artıq vəziyyəti bir qədər kəskinləşdi, qızdırması qalxdı. Ona görə də huşu özündə deyildi. Sadəcə gözləriylə baxa bilirdi. Məni görürdü, eşidirdi, amma bir şey deyə bilmirdi”.
Müsahibimizin sözlərinə görə, Rafiq Hüseynovun hələ reallaşdırmaq istədiyi arzuları var idi:
“O, istəyirdi ki, zamanı tez tələsdirsin və tezliklə qızının məktəbi bitirməyini görsün. Çünki birinci sinfə də özü əlindən tutub aparmışdı. Həm də sevinə-sevinə... Buna görə də Leylini 11-ci sinifi bitirib akademiyaya daxil olmağını görmək istəyirdi. Yəni arzuları, planları var idi”.
Səbinə Hüseynova “Rafiq Hüseynovun yoxluğunu ən çox nə zaman hiss edirsiniz” sualını isə bu cür cavablandırıb:
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.