“Ayaks” baş məşqçisi Marsel Keizerlə yolları ayırıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın uğursuz çıxışları səbəb olub.
Baş məşqçi Marsel Keizerlə yanaşı, köməkçi məşqçilər Henni Spiykerman və Dennis Berqkampın da işlərinə son verilib.
Qeyd edək ki, son olaraq ölkə kubokunda “Tvente”yə məğlub olaraq, çıxışını dayandıran “Ayaks” Hollandiya çempionatında 38 xalla ikinci pillədə qərarlaşıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.