ATV kanalının əməkdaşı Bəxtiyar Fətullayev "Facebook" hesabında paylaşım edib.
Jurnalist uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən oğlu Hüseyn üçün yardım kampaniyasına başlayıb:
"Əziz dostlar, jurnalist həmkarlar, xeyirsevər insanlar!
Bu müraciətimi mən utana-utana, xəcalət təri axıda-axıda yazıram!
Bildiyiniz kimi, 8 yaşlı oğlum Hüseyn Uşaq Serebral İflic (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi gecikir..
Hüseynin əsaslı müalicəsi üçün 45-50 min dollar vəsait lazımdır. Biçarə valideyn umduğu yerdən dəstək görməyəndə, ümumxalq yardımına ehtiyac duyur. Bu məbləğ böyük olsa da, hər birinizin dəstəyi ilə Hüseynə kömək edə bilərik.
Biz onu sağlam həyata qaytara bilərik! Gəlin əl-ələ verib, bu günahsız körpəni ağrı-acılardan xilas edək! Axı onun da sağlam həmyaşıdları kimi gəzmək, oynamaq, oxumağa haqqı var!
Bəlkə, Allah rizası üçün hansısa zəngin, xeyirsevər insanlar Hüseynin müalicəsinə dəstək olmaq istəyər. Və İnşallah edəcəyiniz yaxşılıqların əvəzi sizə qayıdır. Hər birinizə təşəkkür edirəm!".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.