banner
banner

İdman

“Keşlə” argentinalı futbolçu alır – baş məşqçi təsdiqlədi

“Keşlə” argentinalı futbolçu alır

Qış fasiləsində bir neçə futbolçu ilə yollarını ayıran “Keşlə” heyətini gücləndirir.

Qol.az-ın xəbərinə görə, Bakı klubu Çexiyanın “Fastav” klubundan ayrılan Pablo Podionun keçidini həll edib. Məlumatı komandanın baş məşqçisi Bohumil Panik təsdiqləyib.

“Fotbal.idnes.cz” saytına danışan mütəxəssis bildirib ki, Pablonun gedişi ehtiyatda oturmaq istəməməsi ilə bağlıdır: “Pablo daha çox meydana çıxmaq istəyirdi. Bizdə isə onun üçün belə şans yox idi. Bu səbəbdən onun “Keşlə”yə keçidinə icazə verdik”.

Qeyd edək ki, baş məşqçi vəzifəsinə Yuri Maksimovu gətirən “Keşlə”nin Podiodan başqa, Məqsəd İsayev və Kamran Ağayevi də heyətinə qatacağı gözlənilir



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.