Komitə: Cəzaçəkmə müəssisələrində baş verən ölüm halları şişirdilir
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində baş verən ölüm hadisələri maraqlı şəxslər tərəfindən şişirdilir.
Bu barədə Trend-ə açıqlamasında ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abasbəyli deyib.
Komitə üzvü bildirib ki, cəzaçəkmə müəssisələrində baş verən ölüm hallarını bəzi şəxslər şişirtməklə cəmiyyətdə rezonans yaratmaq istəyirlər: "Adi həyatda da ölüm halları baş verir. Bu təbii ölümdür və azadlıqda olduğu kimi cəzaçəkmə müəssisələrində də baş verir. Müxtəlif xəstəliklərdən, qocalıqdan və sair. Bunu şişirtmək doğru deyil. Penitensiar Xidmətdə baş verən ölüm hadisələri araşdırılır. Bəziləri Azərbaycanın cəzaçəkmə müəssisələrini 20 il əvvəlki müəssisə kimi tanıyır. Amma bu, belə deyil. Bütün cəzaçəkmə müəssisələrində hazırda normal şərait var. Bundan başqa, cəzaçəkmə müəssisələrindəki məhbuslar öz hüquqlarını kifayət qədər bilirlər".
Ə.Abasbəyli qeyd edib ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları məhbuslara görə məsuliyyət daşıyırlarlar: "Onları hansısa bir səhv hərəkətə görə cəza gözləyir. Penitensiar Xidmətin müalicə müəssisələrində məhbusların müayinə və müalicəsi üçün kifayət qədər yüksək səviyyəli şərait yaradılsa da, elə xəstəliklər var ki, onların qarşısını yüksək səviyyəli, peşəkar həkimlər də ala bilmirlər. Məsələn, ağır vərəm xəstəliyi, xərçəng xəstəliklərindən əziyyət çəkən məhbuslar müalicə müəssisəsinə gətirilirlər. Orada lazımi yardımlar, müalicələr aparılsa da, onların həyatını xilas etmək olmur. Bu hallar adi həyatda da baş verir. Lakin cəzaçəkmə müəssisələri qapalı yer olduğu üçün ictimaiyyətin diqqət mərkəzindədir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.