Bakıdakı məktəb direktoru: “Basıb gözlərini çıxardaram“
Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Gününün gəlişi tək kişiləri xərcə salmır.
Həmin gün Bakı məktəblərində şagirdləri də dərdə salır.
Özü də həmin günlə bağlı “tədbirlər”ə artıq indidən başlanıb. Oxucular yazırlar ki, Nizami rayonundakı 201 saylı orta məktəbdə 8 Martla əlaqədar indidən pul yığılmasına başlanıb. Pul gətirməyənlərə isə attestat verilməyəcək.
Məktəbin direktoru Süsən Salmanova milli.az-a açıqlamasında belə bir halın olmasına inanmadığını deyib. “Gəlin, yoxlayın. Hələ marta xeyli var. Şəxsən tapşırmışam ki, heç bir şagirddən pul alınmasın. Əgər belə bir şey olsa, pul yığan müəllimin basıb gözlərini çıxardaram”.
S.Salmanova bildirdi ki, əgər kiminsə şikayəti varsa, gəlib ona desin. Bəlkə, elə hal var ki, xəbəri yoxdur.(virtualaz.org)
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.