Əmlak Məsələləri Dövlət Komitəsi haqqında mediada yayılan məlumatlara reaksiya verib.
Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir ki, mediada “6 milyonluq əmlak 85 minə necə satıldı?”, “Əmlak Komitəsinin “səhvi” büdcənin “başında çatlayır”” və digər başlıqlar altında yazılar dərc olunur və “Gəncə Pambıq Əyrici” Açıq Səhmdar Cəmiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən naməlum şəxslərə satılması, bu prosesdə hansısa israfçılığa yol verilməsi və dəyərindən aşağı qiymətə özəlləşdirilməsi kimi fikirlər səsləndirilir. Komitənin açıqlamasında qeyd olunur ki, bu məlumatlar yalan olaraq, şər və böhtan xarakteri daşımaqla Əmlak Məsələləri Dövlət Komitəsinin işgüzar nüfuzuna xələl gətirilməsi məqsədi ilə qəsdən yayımlanıb: “Belə ki, sözügedən məlumatlarda adı çəkilən “Gəncə Pambıq Əyrici” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qərar qəbul edilməmiş, həmin təşkilatın səhmləri və ya balansında olan əmlakı satışa çıxarılmamışdır. Qeyd edilən müəssisə nizamnamə kapitalı bütövlüklə dövlətə məxsus “Gəncə Pambıq Əyrici” məhdud məsuliyyətli cəmiyyət formasında dövlət müəssisəsi kimi fəaliyyət göstərməkdədir”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.