Hollandiya millisinin sabiq çalışdırıcısı Dik Advokat məşqçiliyə qayıdıb.
Qol.az-ın xəbərinə görə, o, Rotterdam "Sparta"sının baş məşqçi vəzifəsinə təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. 70 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, bu ayın 1-i Hollandiya millisi ilə başa çatan müqaviləni yeniləməyən D.Advokat məşqçi karyerasını bitirdiyini açıqlamışdı.
Əlavə edək ki, "Sparta" hazırda Hollandiya Liqasında 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.