Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası nə vaxt başa çatacaq? - NATO-dan ÖZƏL cavab
NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasının başa çatma tarixi yoxdur.
Bunu Trend-ə və Azernews-a müsahibədə NATO-nun rəsmi nümayəndəsi deyib.
O bildirib: “Vəziyyət hələ də çətin olsa da, Əfqanıstan Silahlı Qüvvələri müəyyən irəliləyiş əldə edib. Əfqanstan xüsusi təyinatlıları bütün əməliyyatların 80 faizini müstəqil şəkildə həyata keçirib”.
NATO nümayəndəsi qeyd edib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri terrorçuluqla mübarizəni davam etdirir: “Biz bu ölkənin təhlükəsizlik qüvvələrinə dəstəyimizi “Qətiyyətli dəstək” missiyası çərçivəsində treninqlər və məsləhətləşmələr keçirməklə davam etdiririk”.
Rəsmi nümayəndə əlavə edib ki, əsas diqqət Əfqanıstanın yenidən terrorçuların sığınacağına çevrilməməsi üçün hərbi imkanların genişləndirilməsinə yönəldilir.
Qeyd edək ki, hazırda “Qətiyyətli dəstək” missiyası çərçivəsində 39 ölkədən 13 mindən çox hərbçi xidmət göstərir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayı gələn ilin ilk rübünədək artırılacaq.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.