“Mançester Yunayted” heyətini gənc futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 16 yaşlı yarımmüdafiəçi İndi Boonenlə 3 illik müqavilə imzalayıb.
“Genk” klubunun gənclər akademiyasının yetirməsi olan belçikalı oyunçu 2013-cü ilin aprelindən ingilis təmsilçisinin skautlarının diqqətini cəlb edib. O, ötən aydan “qırmızı şeytanlar”ın heyətində məşqlərə başlayıb.
Həmçinin, “Mançester Yunayted” Boonenin 13 yaşlı qardaşının da oyununu izləyər. Lakin ingilislər qapıçı ilə 16 yaşı tamam olmamış müqavilə imzalaya bilməyəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.