banner
banner

Sosİal

İtkin düşən alpinistlər hələ də tapılmır

İtkin düşən alpinistlər hələ də tapılmır

İtkin düşən alpinistlərin axtarışları hələlik bir nəticə verməyib. Cia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstənin cəlb olunduğu axtarışlarda yeni, hətta köhnə uçqun yerləri də qazılır.

“Gilavar” - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov da bildirib ki, Laza istiqamətinə kimi hər yer axtarılır: “Bəzi yerlərdə qar uçqunları var, onları qazırıq. Hətta daha əvvəldən baş vermiş qar uçqunlarını da qazırıq ki, əmin olaq”.

 

Ötən gün isə yoxa çıxan alpinistlərin dostları onların marşrutunu əks etdirən qrafika paylaşmışdılar. Onlar xilasedicilərdən axtarış apararkən, bu qrafikadan da istifadə edilməsinin işə yaraya biləcəyini demişdilər.

Alpinistlərin 4 günlük azuqəsi olduğunu nəzərə alsaq, bədbəxt hadisə baş vermədiyi halda onların artıq bugündən yeməkləri bitmiş sayılır. Ancaq Z.Qasımov onların peşəkar olduqlarını qeyd edib və bir neçə gün aclığa dözə biləcəklərini vurğulayıb.

 

Xatırladaq ki, dekabrın 23-də Tufandağ istiqamətində hərəkət edən “Gilavar” - hava və ekstrim idman klubunun üzvüləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı 26 dekabrdan axtarılır.

 

Axtarışı əks etdirən fotoları təqdim edirik.

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.