banner
banner

Dünya

İtaliya tənha yaşayan insanlar ölkəsinə çevrilir

İtaliya tənha yaşayan insanlar ölkəsinə çevrilir

İtaliyada tənha yaşayan insanların sayı artıb, yeni doğulan körpələrin sayı azalıb, insanların ömrü isə uzanıb.

Cia.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (İSTAT) illik hesabatında məlumat verilir. İSTAT-ın 2016-cı il üzrə hesabatının daha təəccüblü cəhəti isə ölkədə daha çox insanın tək yaşamasıdır. Bu ölkədə tənha yaşayan insanların sayı 20,5 faizdən 31,6 faizədək artıb, beş və ya daha çox nəfərdən ibarət olan ailələrin sayı isə 8,1 faizdən 5,4 faizədək azalıb. Ölkədə doğum səviyyəsinin aşağı düşmə tendensiyası davam edir. 2016-cı ildə doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 12 min 342 nəfər azalıb.

Hesabatda bildirilir ki, Avropada ən aşağı doğum səviyyəsi də məhz İtaliyadadır. Bu ölkədə hər qadına orta hesabla 1,35 uşaq düşür. Eyni zamanda, İtaliyada insanlar daha uzun ömür sürürlər. Burada orta ömür müddəti kişilərdə 80,6 il, qadınlarda isə 85,1 il təşkil edir.

İtaliya əhalisinin 8,3 faizi əcnəbilərdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.