İtaliya Kubokunda 1/4 finalın sonuncu oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, A seriyasında turnir cədvəlində lider “Napoli”dən sonra ikinci pillədə qərarlaşmış “Yuventus” “Torino”nu qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Yuventus” yarımfinala adlayan sonuncu – 4-cü komanda olub. Onlar bu mərhələdə “Atalanta” ilə qarşılaşacaqlar.
Qeyd edək ki, yarımfinalın digər matçında isə “Milan”la “Latsio” üz-üzə gələcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.