banner
banner

Dünya

BMT İrandakı nümayişlərlə bağlı BƏYANAT yaydı

BMT İrandakı nümayişlərlə bağlı BƏYANAT yaydı

İran hakimiyyəti nümayişçilərə qarşı güc tətbiqini minimuma endirməli və onların hüquqlarını təmin etməlidir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının həmməruzəçilərinin birgə bəyanatında deyilir.

 

Bəyanatı İranda insan haqları ilə bağlı vəziyyət üzrə xüsusi məruzəçi ÖƏsma Cahangir, fikir azadlığı hüququ üzrə xüsusi məruzəçi Devid Key, məhkəmədən kənar və kütləvi edamlar üzrə xüsusi məruzəçi Anes Kallamar və hüquq müdafiəçiləri ilə bağlı vəziyyət üzrə xüsusi nümayəndə Mişel Forst imzalayıblar.

Xatırladaq ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.