banner
banner

Hərbİ

NATO komandanı ilə Gerasimov Bakıda görüşəcək

NATO komandanı ilə Gerasimov Bakıda görüşəcək

Amerika generalı, NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Kartis Skaparotti yaxın günlərdə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcək.

Virtualaz.org xəbər verir ki, bu barədə Amerikanın BuzzFeed saytı ABŞ və Avropa İttifaqı rəsmilərindən ibarət anonim mənbələrə istinadən bildirir.

Mənbələr qeyd edirlər ki, bu NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi arasında Barak Obama administrasiyasının Krım və Ukrayna hadisələrinə görə hərbi kanallarla təmasları kəsmək barədə qərarından sonra baş tutacaq ilk görüş olacaq.

 

Bir mənbə bildirib ki, generallar Kartis Skaparotti və Valeri Gerasimov Bakı görüşü barədə öz aralarında telefonla razılığa gəliblər. Telefon danışığı zamanı generallar hərbi kommunikasiyaların qurulmasına dair qarşılıqlı maraq ifadə ediblər.

 

Xatırladaq ki, 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirmişdi.

 

Ötən ilin fevralında isə ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford rusiyalı həmkarı Gerasimovla görüş üçün Bakını seçmişdi.

 

NATO və Amerika ordu komandanlarının indiki gərbin geosiyasi vəziyyətdə Rusiya ordu komandanı ilə görüş üçün Bakını seçməsi Azərbaycanın regiondakı siyasi-coğrafi mövqelərindən, hər iki qarşıduran güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Bu görüşlərdə aparılan müzakirələrə dair detallı müzakirələr yoxdur, ancaq ehtimal edilir ki, komandanlar Qərblə Rusiya arasındakı indki siyasi gərginliyin hərbi müstəviyə keçməməsi üçün kommunikasiyaları açıq saxlamağa çalışırlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.