Azərbaycan milli komandasının bu gündən etibarən fevralın 26-dək Türkiyənin Antalya şəhərində keçirələcək təlim-məşq toplanışı üçün açıqlanmış heyətində iki dəyişiklik baş verib.
CİA.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Rəşad Sadiqov (“Qəbələ”) və Səlahət Ağayev (“İnter”) zədəli olduqları üçün toplanışda iştirak etməyəcəklər.
Qeyd edək ki, millimiz toplanış çərçivəsində Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yoldaşlıq matçı keçirəcək. Qarşılaşma fevralın 24-ü, saat 19:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.