banner
banner

Dünya

Amerikada 26 nəfər şaxtadan donaraq ölüb

Amerikada 26 nəfər şaxtadan donaraq ölüb

Birləşmiş Ştatlarda ölkənin Şərq sahili üçün qeyri-adi olan şaxtalar nəticəsində 26 nəfər ölüb.

“Report” CBS telekanalına istinadən xəbər verir ki, bazar ertəsi səhər saatlarına olan vəziyyətə görə, ölüm halları ölkənin şərq hissəsində – Şimali Karolinadan Nyu-Yorka qədər olan ştatlarda qeydə alınıb.

Bildirilir ki, bəzi sahil ştatlarında küləyin yaratdığı dalğalar bir sıra yaşayış məntəqələrində küçələri su altında qoyub. Massaçusets ştatında rəhbərlik küçələrə dolan suyun donmağa başlamasından sonra əhalinin bir hissəsini təxliyyə etmək məcburiyyətində qalıb. Həmçinin bir neçə hava limanı bağlanıb, xəstəxanalara donma diaqnozu ilə çoxlu sayda xəstə gətirilib.

Kanalın məlumatına görə, soyuq Arktika havası səbəbindən Men ştatının Portlend şəhərində ən aşağı temperatur rekordu (mənfi 24 Selsi dərəcə), Bostonda isə sonuncu dəfə 1896-cı il müəyyən edilən ən aşağı temperatur dərəcəsi (mənfi 19 dərəcə) qeydə alınıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.