banner
banner

Sosİal

Həcc ziyarətinə sənəd qəbulu təxirə salındı

Həcc ziyarətinə sənəd qəbulu təxirə salındı

Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınması tarixi martın 10-a kimi təxirə salınıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, sənəd qəbulu fevralın 20-dən start verilməsi planlaşdırılsa da, müvafiq hazırlığın başa çatmaması üzündən təxirə düşüb.

Bunun səbəbləri arasında daha çox ziyarətin təşkili ilə bağlı qiymətlərin hələ müəyyənləşdirilməməsidir. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.

Qeyd edək ki, bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur. Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.