Dünyanın ən varlı adamlarının yeni siyahısı təqdim edilib.
Trend-ın məlumatına görə, builki siyahıya "Amazon.com" şirkətinin qurucusu Jef Bezos başçılıq edir.
Bildirilir ki, Jef Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edib.
Siyahıda ikinci yerdə 93,3 milyard dollarlıq sərvətlə "Mircosoft" prezidenti Bil Qeyts, üçüncü yerdə isə 87,2 milyard dollara sahib olan amerikalı investor Uorren Bafet qərarlaşıb.
Ən zənginlərin siyahısında "Facebook" təsisçisi Mark Zukerberq də var. 4-cü yerdə qərarlaşan M.Zukerberqin sərvəti 77,5 milyard dollara çatıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.