“İbuprofen”in insan orqanizminə mənfi təsirləri var.
Axar.az xəbər verir ki, Danimarka alimləri bu dərmanın müntəzəm şəkildə qəbul edilməsinin kişilərdə sonsuzluq xəstəliyinin yaranmasına səbəb olduğu qənaətinə gəliblər.
Alimlər təcrübə keçirmək üçün gənc reproduktiv yaşda kişiləri seçərək onları iki qrupa bolüb. Bəzi könüllülər “ibuprofen”i orta ağırlıq dərəcəsində altı həftə müddətində qəbul ediblər. Təcrübədən sonra həmin könüllü şəxslərin hormonlarında dəyişiklik aşkar edilib. Əmələ gəlmiş tərkib testosteron istehsalında iştirak edir və spermatozoidlərin formalaşmasına təsir göstərir. Testosteron səviyyəsinin azalması ilə sonsuzluq riski artır. Ona görə də mütəxəssislər müalicə metodlarına daha diqqətli yanaşmağı təklif edirlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.