banner
banner

Dünya

Ölkə tarixində ən ucuz rəsmi səfər: 14,20 avro...

Ölkə tarixində ən ucuz rəsmi səfər: 14,20 avro...

Avstriyanın yeni təyin olunmuş Xarici İşlər naziri Karin Knayslın qonşu Slovakiyanın paytaxtı Bratislavaya ilk rəsmi səfəri ölkə tarixində ən ucuz qiymətə başa gələn xarici səfər kimi tarixə düşüb.

Axar.az xəbər verir ki, Avstriya Federal Dəmir Yollarına məxsus sərnişin qatarı ilə Vyana yaxınlığında yerləşən Baden şəhərindən yola düşən nazir Bratislava Dəmir Yolu Vağzalında Dövlət katibi İvan Koçok tərəfindən qarşılanıb.

K.Knayslın 45 dəqiqəlik qatar səfəri üçün bilet 14,20 avroya başa gəlib. Avstriya mətbuatının məlumatına görə, ölkə tarixində hələ heç bir nazirin rəsmi səfəri vergi ödəyicilərinə bu qədər sərfəli qiymətə başa gəlməyib.

İlk rəsmi səfərini Slovakiyaya etməsini şərh edən nazir bildirib ki, Vyana və Bratislava dünyada bir-birinə ən yaxın yerləşən paytaxt şəhərlərdir. Bundan başqa, Avstriya ilə Slovakiya arasında dərin bağlar mövcuddur.

Səfər çərçivəsində “Breksit”, Slovakiyanın gələn ildən ATƏT-ə sədrliyi, qaçqın və miqrant problemi, Avropa İttifaqının gələcəyi ilə bağlı bir sıra məsələlər müzakirə edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.