Azərbaycanda 2018-ci il üçün ilin fəsillərinin gəlmə vaxtı açıqlanıb.
Cia.az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, yaz fəslinin ölkəmizə gəlişi martın 20-də Bakı vaxtı ilə saat 20:15-ə təsadüf edəcək. Yay iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də, payız sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də, qış fəsli isə dekabrın 22-si Bakı vaxtı ilə saat 02:22-də başlanacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.