ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki aeroportda əlverişsiz hava şəraitindən 1000-dən çox aviareys təxirə salınıb.
Trend-in məlumatına görə, resylər Corc Buş və Uilyam Hobbi adına aeroportlarda təxirə salınıb. Məlumata görə, müvafiq olaraq bu aeroportlarda 787 və 223 reys təxirə salınıb. Daha 64 reysin ləngidiyi bildirilir.
Daha öncə meteoroloqlar "İnqa" qasırğasının Luiziana, Missisipi, Alabama, Corciya, Cənubi və Şimali Korolona ştatlarına təhlükə yaradacağı barədə xəbərdarlıq etsələr də, qasırğa Texasdan da yan keçməyib.
Həmin ərazilərdə hazırda güclü küləklə müşayiət olunan qarlı hava hökm sürür.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.