Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub.
Söhbət karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Al Dhafra” klubunda davam etdirən Villiams Oliveira Do Nascimento “Vassoura”dan gedir. Günorta saatlarında Bakıya gələn futzalçı komandanın məşqində iştirak edib.
Qeyd edək ki, millinin yanvarın 19-da, saat 10:15-dəki məşqi mətbuat üçün açıq olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.