Fransa ilə Böyük Britaniya arasında körpü tikiləcək? - Makron razıdır
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson La-Manş boğazı üzərindən Fransa ilə Böyük Britaniya arasında körpü tikilməsi ideyasını irəli sürüb.
Trend-in məlumatına görə, Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı B.Conson iki böyük dövlətin yalnız dəmir yolu ilə əlaqəli olmasını “axmaqlıq” adlandırıb.
Qeyd olunur ki, E.Makron körpü fikrini dəstəkləyib.
Qeyd edək ki, Fransa ilə Böyük Britaniya arasında 1994-cü ildən sualtı dəmir yolu tuneli fəaliyyət göstərir. Tunelin uzunluğu 49,7 kilometrdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.