banner
banner

Sosİal

Bakıda tıxac problemini necə həll etməli...

Bakıda tıxac problemini necə həll etməli...

Bir neçə il öncə Xəzər dənizinin üzərindən körpü və Neftçilər prospektinə paralel olaraq Milli Parkın altından yeraltı tunel inşa ediləcəyi haqda xəbərlər dolaşırdı. Dənizin ortası ilə Şıxlar qəsəbəsindən Zığa qədər uzanacaq körpü şəhərə daxil olan avtomobillərin vaxt və yanacaq itkisi etmədən mənzil başına çatmalarına kömək olacağı və beləcə tıxac probleminin aradan qaldırılacağı bildirilirdi.

Qərb və cənub tərəfdən gələn nəqliyyat vasitələri inşa ediləcək körpü vasitəsilə Abşeron yarımadasının digər nöqtəsinə qədər hərəkət edə biləcəkdi. Azərbaycanda neft gəlirlərinin azalması körpünün tikintisini təxirə saldı. Bu layihə olduqca bahalı, 4 milyardlıq bir layihə idi. Hazırda neftin qiyməti yenidən yüksəlib. Azərbaycan neftinin qiyməti 72 dollardır. Manatla isə bu Azərbaycan büdcəsinə 120 manat gəlir gəlməsi deməkdir. Neftin qiymətinin yüksəlməsi ilə radan əldə ediləcək gəlirlə Xəzər üzərindən tikiləcək körpü layihəsinin yenidən gündəmə gələ bilərmi?

Bir sıra ekspertlər bu layihənin inşasının Bakının tıxacdan xilas olması üçün ideal bir variant olduğunu düşünsə də, bunun əksini düşünənlər, bu gün üçün bu layihəyə pul xərclənməsini lazımsız hesab edənlər də var. Milyonlar xərcləyib körpü tikmək yerinə  xarici ölkələrin praktikasından istifadə edərək də tıxac probleminin qarşısını almağın mümkün olduğu düşünülür.

Maraqlıdır, Bakını tıxacdan xilas etmək üçün bu dəniz üzərində körpü tikintisi proyekti yenidən gündəmə gələ bilərmi?

Ərşad Hüseynov ile ilgili görsel sonucu

Hüquqşünas və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu gün üçün dəniz üzərindən körpü məsələsinin aktual olmadığını və buna pul xərcləməyə dəymədiyini dedi: “Mən bir vətəndaş olaraq bu məsələnin gündəmə gəlməsini istəməzdim.  Çünki Bakıdakı nəqliyyat axınlarına diqqət etsək görərik ki, bir o qədər sərmayənin bu layihəyə qoyulmasına dəyməz. Körpü, tunel, bunlar elə bir nəqliyyat kommunikasiyalardır ki, tikməklə bitmir. Bunu saxlamaq tikməkdən də baha başa gəlir. Xüsusilə də dəniz üzərində olan kommunikasiyalar daha çox vəsait  tələb edir. Bu gün Azərbaycanın magistral əhəmiyyətli avtomobil yollarının bəzilərində sovet dövründən, 60-70-ci illərdə tikilən körpülər var. Məsələn, Kür çayının üstündəki körpü, Salyanda Ələt-Astara-İranla sərhəd yolundakı körpü, Şirvan-Bəhrəmtəpə, işğal olunmuş rayonlardakı körpülər, İsmayıllı ərazisində kiçik çaylar üzərindəkı körpülərin hamısı 70-ci illərdə tikilmiş körpülərdir və onlar artıq ömrünü başa vurub. Gərək həmin körpüləri ya yenidən tikəsən, ya da uçurub dağıdasan. Yəni tunel, körpünü tikməklə hər şey bitmir. Onun istismar, yararlılıq müddətini saxlamaq lazımdır. Bunların tikintisi üçün sərmayə qoyulanda gərək onun saxlanması üçün də sərmayə ayrılsın. Buna dəyərmi? Təbii ki, yox. Çünki Bakının nəqliyyat axınına diqqətlə baxsaq, yelpikvari axın olduğunu görərik. Səhər-səhər insanlar Abşeron kəndlərindən şəhərin mərkəzinə işə, məktəbə, alış-verişə gəlir, sonra da evlərinə qayıdırlar. Bunların çox az hissəsi şəhərin içindən keçib Salyana, Ələtə gedir. Bundan ötrü də körpü, tunel tikməyə dəyməz. Körpü üçün xərclənəcək dörd milyard Azərbaycanın büdcə xərclərinin az qala üçdə biridir. Onu birdəfəlik bir istismarı özündən də baha başa gələcək bir obyektə qoymaq heç kimə lazım deyil. Bu bizim qarşımızda duran o qədər də əhəmiyyətli bir məqsəd deyil”.

Bakıda tıxac ile ilgili görsel sonucu

Ə.Hüseynov tıxac probleminin həlli üçün dünya təcrübəsində tunel, körpü ideyasının o qədər də dəstəklənmədiyini dedi: “Həmin körpünün yolun tıxac probleminin həllində elə də bir rolu olmayacaq. Tıxac probleminin həlli üçün hazırda beynəlxalq təcrübədə mövcud olan gözəl təcrübələr var və bunların hamısından istifadə etmək lazımdır. Əsas diqqət ona yönəlir ki, fərdi nəqliyyatdan istifadə minimuma endirilsin, ictimai nəqliyyat ideal olsun və yeraltı nəqliyyat işləsin. Biz yalnız Avropadakı örnəkləri götürməyə çağırmırıq. Məsələn, cənub-şərqi Asiyanın ucqarında yerləşən Sinqapurun yeraltı nəqliyyat şəbəkəsinə baxmaq kifayətdir. Tramvayları da şəhərdə bərpa etməyə dəyməz. Amma yüngül reysli nəqliyyatları şəhər ətrafına Türkana, Hövsana, Pirallahıya və digər yerlərə şəbəkələşdirmək lazımdır ki, insanlar ictimai nəqliyyata üstünlük versinlər. Fərdi nəqliyyata ehtiyac az olsun. İnsanlar düşünsünlər ki, maşınla çıxıb benzin yandırmaqdansa, avtobus və metroyla gedib gəlmək daha rahat və sərfəli ola bilər. Amma bu gün üçün dəniz üzərindən körpü aktual deyil və buna pul xərcləməyə dəyməz”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.