Dünən günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik, qaz, su təsərrüfatında qəzalara səbəb oldu, yollar bağlandı.
CİA.Az virtualaz.org saytına istinadən xəbər verir ki, qarın əriməsi isə Bakıda yağışdan sonra görməyə alışdığımız mənzərələri yaradıb. Bakı və ətraf qəsəbələrdə yollar, səkilər, evlər sular altında qalıb.
Hər yağışdan sonra sular altında qalan rayonlardan biri də Sabunçudur. Sabunçu vağzalı hazırda su altındadır. Avtobusların hərəkəti məhdudlaşıb, sakinlərin gediş-gəlişi çətinləşib.
Onlarla maşın su altında qalıb. Çağırışa gedən təcili tibbi yardım maşını da Sabunçu vağzalının sularından keçə bilməyib. Təcili tibbi yardım maşını ətrafda olanların köməyi ilə sudan çıxarılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.