Türkiyənin "Sivasspor” klubu Braziliya millisinin sabiq üzvü Robinyo ilə müqavilə imzalayıb. Müqavilə müddəti 1.5 illik nəzərdə tutulub. O, yeni klubunda 70 nömrəli formada çıxış edəcək.
Türkiyə mətbuatı Robinyonun Sivas təmsilçisində 2 milyon avro qazanacağını yazıb.
Qeyd edək ki, son olaraq vətənində “Atletiko Mineiro”da oynayan Robinyo Avropada “Real”, “Mançester Siti” və “Milan” kimi klublarda çıxış edib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb