ANS PRESS-in məlumatına görə, Rusiyanın Gümrüdəki hərbi bazasının əsgəri, sərhəd xidmətinin müddətdən artıq xidmət edən 26 yaşlı Artur Afyan axtarışları hələ də heç bir nəticə verməyib.
Artur Afyan 21 fevral tarixində itkin düşüb. Ermənistan mətbuatında yayılan məlumatla görə, o, qabaqcadan arvadına zəng vurub və bildirib ki, 21 fevral tarixində evə qayıtmayacaq.
Artur Afayanın həyat yoldaşının sözlərinə görə, əri Marmaraşenedə yaşayan valideynlərinin evinə yollanıb. Oradan isə geri qayıdaraq səhər saatlarında xidmətdə olmalı idi. Ancaq həmin gündən sonra Artur Afyandan xəbər çıxmayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.