Avro-2018-in final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoxlama oyununu keçirib.
Qol.az-ın məlumatına görə, Joze Alesionun komandası yenə İranla üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən görüş komandamızın 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən ilk matç 3:3 hesabı ilə başa çatıb.
24 yanvar
Yoxlama oyunu
21:00. Azərbaycan – İran 1:4 Qollar: R. Çovdarov, 18:27 – H. Tayebi, 11:32, A. Orauji, 16:17, M. Oladjhobad, 32, F. Tavakkoli, 36:27 Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.