"O səs Türkiyə" yarışmasının münsifi, müğənni Yıldız Tilbe imicini dəyişib. Axşam.az-ın "Haberler.com"a istinadən məlumatına görə, sənətçi saçlarını ağ rəngə boyayıb.
Müsabiqədə yeni imici ilə tamaşaçı qarşısına çıxan Yıldız çox bəyənilib.
Murad Bozun "Tilbe nə etsə, ona yaraşır, elə deyilmi" sualına ifaçı "Rənglər mənə yaraşmaq məcburiyyətində qalır" deməsi ilə studiyada hər kəsi güldürüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.