Əfqanıstan Mərkəzi bankının əməkdaşları işlədikləri bankı qarət edərək qaçıblar.
ANS PRESS-in məlumatına görə, hadisə Qəndəhar əyalətində, bankın bu bölgədəki şöbəsində baş verib.
Faktla bağlı açıqlama verən bank rəsmisi, işçilərin 81 milyon əfqani (təxminən 1.4 milyon dollar) məbləğində pulla yoxa çıxdıqlarını bildirib.
Bankı qarət edən əməkdaşların Pakistana qaçdığı güman olunur.
Əfqanıstan Mərkəzi bankının Cənub-Qərb bölgəsi üzrə direktoru Fazil Əhməd Əzimi isə qarətin 9 ildir həmin şöbədə işləyən yüksək vəzifəli bir məmur, onun həmin şöbədə fəaliyyət göstərən oğlu və kürəkəni tərəfindən törədilmiş ola biləcəyini deyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.