banner
banner

Hərbİ

“Heç vaxt müharibə olmayacaq” - Putin

“Heç vaxt müharibə olmayacaq”

“Mən hesab etmirəm ki, belə qiyamət ssenarisi baş verəcək. Ümid edirəm ki, məsələ bu həddə qədər gəlib çatmayacaq” - deyə V.Putin Rusiyanın dövlət televiziyasına müsahibəsində bildirib.

CİA.Az virtualaz.org saytına istinadən xəbər verir ki, Putin müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenkonun Krımı qaytarmaq planlarından da söz açıb. Rusiya prezidenti bunu qisasçılıq adlandırıb.

“Hansısa ərazilərin qaytarılmasına gəlincə isə bunlar qisasçılıq xarakteri daşıyan açıqlamalardır. Özü də məsələ hansısa ərazilərin harasa, kiməsə qaytarılmasında deyil” - deyə Putin əlavə edib.

Putin rəsmi Kiyevi belə fikirlərə düşməkdənsə “Ukraynanı normal həyata necə qaytarmaq, ölkənin cənub-şərqli ilə paytaxt və mərkəzi hakimiyyət arasındakı münasibətləri necə yoluna qoymaq, Donbasda yaşayan insanların hüquq və maraqlarını necə təmin etmək barədə düşünməyə” çağırıb.

Rusiya prezidenti Ukraynanın güc strukturlarını da kəskin tənqid edərək onları münaqişəni qızışdırmaqda və böyütməkdə suçlayıb: “Onlar bununla həm öz məğlubiyyətlərinə haqq qazandırmağa, həm də bütün olub-bitənlərə görə günahı Rusiyanın üstünə atmağa cəhd edirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.