banner
banner

Sosİal

Bu gün Ay tutulacaq

Bu gün Ay tutulacaq

Bu gün Ay tutulması hadisəsi baş verəcək. Bu astronomik hadisə ilə bağlı özəl olaraq Trend-ə açıqlama verən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayacaq.

Alim bildirib: "Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayacaq. Azərbaycandan Ay tutulması hadisəsini yalnız Ayın səthi açılmağa doğru gedərkən müşahidə edə biləcəyik".

X.Mikayılov əlavə edib ki, bu gün Ay tutulması saat 15:48:27-də, tam tutulma isə 16:51:47-də başlayacaq, maksimum tutulma 17:29:51-də qeydə alınacaq. Tam tutulmanın sonu 18:07:51-də olacaq. Tutulma 19:11:11-də başa çatacaq:

"Bu təbiət hadisəsinin əvvəlini Yer Kürəsinin şərqində yaşayanlar müşahidə edəcək. Azərbaycan ərazisində isə tutulma 18:00-dan etibarən Ay doğduqca görünməyə başlayacaq və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq. Biz həmin vaxtdan başlayaraq, adi gözlə tutulma hadisəsini izləyə biləcəyik".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.