Parodiyaçı Ceyhun Məmmədovun hədəfi bu dəfə əməkdar artist Elza Seyidcahan olub.
Axşam.az-ın məlumatına görə, Ceyhun ifaçını yamsıladığı görüntünü sosial şəbəkədə paylaşıb. O, E.Seyidcahanın Ermənistan prezidenti Serj Sarkisyana həsr etdiyi şeiri deyib.
Parodiyaçı “Sarkisyan rusdur səni oynadan, hürdürən, qanadlandıran. Vaxt gələcək, qalacaqsan dişsiz, qolsuz, qanadsız... Adın elə-belə qoyulmayıb ki, erməni daşnağı, ay qara qağayı” sözlərini deyib.
Qeyd edək ki, Ceyhun bundan əvvəl xalq artisti Aygün Kazımovanı, müğənni Röya Ayxanı parodiya edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.