banner
banner

Dünya

Məşhur agentliyin jurnalisti ölü tapıldı

Məşhur agentliyin jurnalisti ölü tapıldı

“Reuters” agentliyinin Pakistan bürosunun rəhbəri evində ölü tapılıb. ANS PRESS-in məlumatına görə, bu haqda “BBC” xəbər verir.

Pakistan polisi büronun rəhbəri rusiyalı Mariya Qolovninanın meyitinin İslamabaddakı mənzilində aşkar edildiyini bildirib.

Büro rəhbərinin ölümünün səbəbləri barədə heç bir açıqlama veməyib.

Yerli KİV bildirir ki, Qolovninin meyiti ofis kimi istifadə olunan evin vanna otağında aşkar edilib.

Qolovnina 2001-ci ildən Reuters-də işləyirdi, o beynəlxalq müxbir kimi London, Sinqapur, Moskva, Əfqanıstan və İraq daxil olmaqla bir çox yerlərdə çalışıb.

2013-cü ildə o Əfqanıstanda və Pakistanda agentliyin bürosuna başçılıq edib.

Jurnalistin ölümü ilə bağlı cinayət işi açılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.