banner
banner

Sosİal

Bakıda yağan qar yaşayış evini uçmaq həddinə çatdırdı

Bakıda yağan qar yaşayış evini uçmaq həddinə çatdırdı

Ölkə ərazisində müşahidə olunan kəskin soyuq hava şəraiti sovuşsa da, onun fəsadları özünü göstərməyə başlayıb. Bu fəsadlardan biri də paytaxtın Xətai rayonu Zeytun küçəsi 35c ünvanında yaşayan Bayramovlar ailəsinin başına gəlib. Belə ki, qarın əriməsi nəticəsində onların evinin arxasında olan istinad divarı uçub.

Zərərçəkənin sözlərinə görə, küçədə kanalizasiya xətti var. Amma ərazinin meyilliliyi çoxdur. Bu səbəbdən də qurunt suları, eləcə də əriyən qar həmin əraziyə axır. Bu da sonda torpağın çökməsinə səbəb olur. Nəticə isə göz qabağındadaır.

Qoruyucu daş hasar dağılaraq evin üzərinə aşıb. Bu isə hər an Bayramovlar ailəsinin mənizlinin uçmasına səsəb ola bilər. Zərərçəkənin sözlərinə görə, artıq evə girməyə də qorxurlar. Çünki uçqun baş verən ərazidə hələ də aktivlik müşhaidə olunur.

Uçqun baş verdiyi ərazidə təcili tədbirlərin görülməsini istəyən sakinlər, yaxınlıqda iki mərtəbəli evin də çökəcəyi qənaətindədilər. Çünki həmin evlə aşan istinad divarının arası bir neçə metridir.

Məsələ ilə bağlı rayon icra hakimiyyəti də məlumatlandırılıb. Yerli icra orqanın sakinlərə verdiyi vəd isə, bir neçə gün səbr etmələrindən ibarət olub. İndi ümid qalır Bayramovlar ailəsinin evinin özülünün bu ağırlığa tab gətirməsinə.//ANS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.