banner
banner

Dünya

Boliviyada leysan, daşqın - 50 min nəfər xəsarət alıb

Boliviyada leysan, daşqın - 50 min nəfər xəsarət alıb

Boliviyada leysan və daşqınlar nəticəsində 50 minə yaxın insan xəsarət alıb.

Trend-in məlumatına görə, faktı Boliviyanın mülki müdafiə nazirinin müavini Karlos Bru da təsdiqləyib.

O qeyd edib ki, təqribən 50 min nəfər müxtəlif hava şəraitindən, yağış, sel, çaylarda daşqın, dolu, tufan və yolların dağıması səbəbindən xəsarət alıb.

Ən mürəkkəb vəziyyət Beni və Tarixa departamentlərində qeydə alınıb. Xilasetmə işlərinə hərbçilər də cəlb olunub.

 

Bununla belə, K.Bru bildirib ki, bir çox sakinlər təxliyədən imtina edirlər.

Ölkədə narıncı təhlükə səviyyəsi elan olunub.

Sinoptiklərin proqnozuna görə, yağıntılar ən azı həftəsonuna kimi davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.