Uzun müddətdir reytinq siyahısında birinci olan “Diriliş Ertuğrul” serialı ötən gündən etibarən qalibiyyəti əldən verib. Birinciliyi ATV-də yayımlanan “Sen anlat Karadeniz” serialı ələ keçirib. Ekran işi TRT-nin tarixi layihəsi “Total” reytinq siyahısında ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.
Cəmi iki bölümü yayımlanan və rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.