Qarabağ münaqişəsinin veteranları Pavel Muradyan və Armen Lambaryan Dağlıq Qarabağda "Predparlament" tərəfdarlarının döyülməsinə qarşı etiraz əlaməti olaraq döyüş mükafatlarından imtina ediblər.
ANS PRESS-in məlumatına görə, daha əvvəl eyni addımı veteranlar İqor Muradyan və Apres Zoqrabyan atıb.
Yanvarın 31-də Dağlıq Qarabağda avtomobil yarışında iştirak etmiş "Predparlament" tərəfdarları Berdzor rayon mərkəzinə yaxın ərazidə döyülmüşdülər. Hadisə zamanı altı nəfər zərər çəkmişdi, o cümlədən Qarabağ müharibəsinin veteranı Jirayr Sefilyan da döyülmüşdü. Aksiya iştirakçılarının sözlərinə görə, müxalifətçilərin döyülməsində polis əməkdaşları iştirak ediblər. Polis bu hadisənin aktivistlər tərəfindən təxribatın nəticəsi olduğunu bildirib. Dağlıq Qarabağ baş prokurorluğu bu fakt üzrə cinayət işi qaldırıb.
Pavel Muradyan və Armen Lambaryan toplam olaraq 11 döyüş medalından imtina edib. Bu haqda onlar özləri bugünkü mətbuat konfransında bildiriblər.
Xatırladaq ki, Dağlıq Qarabağın qeyri-parlament partiyaları erməni müxalifətçilərinin avtomobil yarışının polis tərəfindən əzilməsində ittiham edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.