Azərbaycanın istehsal etdiyi silahlar Birləşmiş Ərəb Əmirliyində beynəlxalq sərgidə nümayiş olunur. Müdafiə Sənayesi Nazirliyi bu dəfə də yeni məhsullarını təqdim edib.
Beynəlxalq müdafiə sərgisini silah diplomatiyası da adlandırmaq olar. Məhz silah sərgisində ayr-ayrı ölkələrə aid müdafiə sənaye şirkətləri bir araya gəlir və razılaşmalar əldə edirlər.
Fevralın 26-a qədər davam edəcək “İDEX-2015” sərgisi dünyanın 5 ən iri sərgisindən biri hesab olunur. Azərbaycan burada 172 adda müdafiə təyinatlı məhsullar iştirak edir. Sərginin iştiraskçılarının əsas məqsədlərindən biri iştirakçı ölkələrin yeni məhsulları ilə tanış olmaq və tərəfdaş münasibətləri yaratmaqdır. Bu baxımdan sərgidəki ayrı-ayrı ölkələrə aid stendləri gəzən Azərbaycan nümayəndə heyətinin Cənubi Afrika və Fransadan olan istehsalçılarla təmasları diqqət çəkirdi.
Cənubi Afrikanın tanınmış “Paramount Group” şirkəti sərgidə geniş bir ərazidə zirehli döyüş maşınlarını, döyüş helikopterlərini və pilotsuz uçuş aparatlarını, hərbi gəmilərin maketlərini nümayiş etdirirdi. Bu stendlə yaxından maraqlanan müdafiə sənayesi naziri Yavər Camalovun Cənubi Afika Respublikasının “Paramount Group” şirkətinin rəhbərliyi ilə görüşündə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi.
Bu sərgi Azərbaycan üçün həm də 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” beynəlxalq müdafiə sənayesi sərgisinə iştirakçıların cəlbi olunması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan stendinin ayrıca bir güşəsində “İDEX” sərgisinin iştirakçıları Bakıda keçiriləcək “ADEX” sərgisinə dəvət olunur.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.