banner
banner

Gündəm

İtkin düşən alpinistləri xüsusi avadanlıqla axtaracaqlar

İtkin düşən alpinistləri xüsusi avadanlıqla axtaracaqlar

İtkin düşən alpinistlərin axtarışı üçün Azərbaycana xüsusi avadanlıq gətirilib. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə deyib ki, İsveçrədə istehsal olunan avadanlıq dağlıq ərazilərdəki üstü qarla örtülmüş yarğanlarda mobil telefon cihazlarında quraşdırılan sim kartları müəyyən etmək gücündədir. Avadanlıq mobil telefonun işlək vəziyyətdə olub-olmamasından asılı olmayaraq dərin yarğanlara düşən sim kartları müəyyən edə bilir.

Yəni avadanlıq axtarılan alpinistlərin üzərindəki mobil telefonları aşkar edə biləcək. Həmin avadanlıq orta ölçülü kitab şəkilindədir və vertalyota quraşdırılmaqla axtarış aparılmasına imkan verir. Yada salaq ki, ötən il dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar “Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir. Onlarla əlaqə kəsiləndən sonra alpinistlərin axtarışına başlanıb və hələ ki, müsbət nəticə yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi axtarışlara cəlb olunub. Fövqəladə Hallar Nazirliyi, axtarışın mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını və hava şəraitini nəzərə alaraq, axtarışa hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli hesab edib. Tufandağda itkin düşən alpinistlərin axtarışına 10 könüllü də qoşulub. Fövqəladə Hallar Nazirliyi Tufandağda itkin düşənlərin axtarışına hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli sayır. Qurumun yaratdığı Əməliyyat Qərargahı itkin düşən gənclərin axtarışının mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını açıqlayıb. Tufandağda itkin düşənlərdən biri, Babur Hüseynov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.