Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu həftə daha 7 rayonda Əmək yarmarkası keçirəcək.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 7 rayonda Əmək yarmarkaları keçiriləcək.
Əmək yarmarkalarının sentyabrın 24-də Zərdab, sentyabrın 25-də Ağdaş, sentyabrın 26-da isə Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında keçirilməsi planlaşdırılır. Tədbirlər zamanı müvafiq ərazi üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Yarmarkalarda ayrı-ayrı işsiz şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığına cəlb olunması da nəzərdə tutulur.
Hazırda Əmək yarmarkalarına hazırlıq çərçivəsində həmin rayonların idarə, müəssisə və təşkilatlarından boş iş yerləri barədə məlumatlar toplanır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.