banner
banner

Gündəm

İtkin düşən alpinistlərin axtarışları davam etdirilir

İtkin düşən alpinistlərin axtarışları davam etdirilir

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə hələ də tapılmayıblar.

Dekabrın 26-dan başladılan alpinistlərin axtarışları heç bir nəticə vermir. Alpinistlərin axtarışında heç bir fasilə verilməyib. Ehtimal olunan bütün istiqamətdə axtarışlar davam etdirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə də axtarışların davam  etdirildiyi bildirilib. Ötən günlər ərzində alpinistlərin axtarışında xaricdən gələn mütəxəssislərin də bilik və bacarığından istifadə olunub. Ancaq cəhdlər nəticəsiz qalıb. Axtarışlar dərədə aparıldığı üçün xeyli çətin olduğu bildirilir. Buna baxmayaraq axtarış heyəti tez-tez əvəzlənməklə  hava şəraiti imkan verdikcə axtarış işlərinin fasiləsiz şəkildə aparılmasına çalışılır.

Onu da qeyd edək ki, alpinistlərin axtarışı ilə əlaqədar Quba rayonunda Mahmuddərə ərazisində qərargah yaradılıb. Bəzi alpinistlər hesab edirlər ki, hazırkı şəraitdə axtarışların davam etdirilməsi oradakı qrupun da həyatı üçün təhlükə yarada bilər. Lakin yanvarın 9-da Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında demişdi ki, itkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. O bildirmişdi ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tapşırığı var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.