"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç İngiltərəyə köçə bilər. “Mançester Yunayted” və “Mançester Siti” xorvatiyalı futbolçunu heyətinə qatmaq istəyir. “Şəhərlilər” bununla bağlı artıq ispan klubunun rəhbərliyi ilə əlaqə saxlayıblar. Rakitiçin menecerləri isə hər iki klubun baş məşqçiləri - Joze Mourinyo və Xosep Qvardiola ilə danışıq aparıblar.
Qeyd edək ki, Rakitiç “Barselona”ya 2014-cü ildə “Sevilya”dan keçib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.