banner
banner

Sosİal

MTRŞ radiolardan birinə ciddi xəbərdarlıq edib

MTRŞ radiolardan birinə ciddi xəbərdarlıq edib

“Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər göstərir ki, “Avto FM” (107.7) radiosu ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərir.

Bu radio əslində yol-nəqliyyat məsələləri ilə bağlı maarifləndirici-informativ proqramlar yayımlamalıdır. Çox təəssüf ki, radionun efirində bu səpkili heç bir verilişə rast gəlinmir”.

Bunu APA-ya MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, ümumilikdə radionun proqram səbəti olduqca kasaddır: “Radio əsasən xarici musiqilərin səsləndirilməsi ilə məşğuldur. Lisenziya “Avto FM” radiosuna bu cür fəaliyyət üçün verilməyib. Radio yayımını belə davam etdirəcəksə, onun mövcudluğuna ehtiyac qalmayacaq. Çünki bu radio fəaliyyətə başlamazdan əvvəl efirində əyləncəli verilişlər verən, musiqi yayımlayan kifayət qədər radio var idi. “Avto FM” radiosunun yaradılma məqsədi, fəlsəfəsi tamam başqadır. Yayımçı bunu mütləq nəzərə almalıdır”.

T. Dadaşov qeyd edib ki, bu barədə Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən “Avto FM”ə şifahi şəkildə ciddi xəbərdarlıq edilib: “Kanala bildirilib ki, qısa müddət ərzində fəaliyyətində ciddi dönüş müşahidə edilməsə, müvafiq tədbirlər görülə bilər. Hazırda radionun fəaliyyəti monitorinq nəzarətindədir”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.