Məşhurlar Colinin ayaq pozunu təqlid etdilər - fotolar
Ötən gün ənənəvi "amfAR" (Kinematoqrafiya QİÇS-ə qarşı) xeyriyyə tədbiri keçirilib. Gecə bir sıra maraqlı anlarla yadda qalıb. Belə ki, mərasimə qatılan ulduzlar arasında model Eşli Qrem, atrisalar Hayli Klum, Oliviya Kalpo və Halsey qırmızı xalıda verdiyi pozlarla diqqət çəkiblər. Onlar 2012-ci ildə keçirilən "Oskar" mükafatlandırma gecəsində aktrisa Ancelina Colinin pozunu təkrarlanmağa çalışıblar.
Qeyd edək ki, Colinin qara libasda ayaq nümayişi ilk dəfə deyil ki, təqlid olunur. Bundan əvvəl Panelopa Krus, Tatyana Mixalkova da həmin pozu təkrar ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.