banner
banner

İdman

“Qarabağ” - “Qəbələ”: 46-cı duel

“Qarabağ” - “Qəbələ”: 46-cı duel

Bu həftə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Qış fasiləsinin ardından XV turun oyunları keçiriləcək. 

Qol.az-ın məlumatına görə, 2018-ci ilin ilk turu liderlərin dueli ilə əlamətdar olacaq. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan, ötən mövsümü də ən yüksək mövqelərdə başa vuran “Qarabağ”la “Qəbələ” Bakıda üz-üzə gələcək. 

“Qırmızı-qaralar” paytaxtdakı oyunda 46-cı dəfə Ağdam klubu ilə qarşılaşacaq. Belə ki, indiyədək “Qəbələ” və “Qarabağ” 45 dəfə görüşüb. Rəqiblərin növbəti dueli fevralın 10-na təsadüf edəcək.
İlk dəfə 2006-cı ildə qarşılaşan komandaların matçlarında “Qarabağ” daha çox - 18 qələbə qazanıb. “Qəbələ”nin hesabında isə 11 uğur var. Digər 16 matçda qalib müəyyənləşməyib. Arxada qalan 45 oyunda “Qəbələ” 41 qol vurub, 54-nü buraxıb.

“Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısından keçirdiyi 41 topa 27 futbolçu imza atıb. Komandanın ən yaxşı bombardiri braziliyalı Dododur. O, ağdamlıların qapısına 5 qol vurub. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ”nin “Qarabağ”la oyunlarından 38-i Premyer Liqa, 7-si Azərbaycan kubokuna təsadüf edib. Çempionatda ağdamlılar 17, qəbələlilər 10 dəfə 3 xala sevinibsə, 11 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqa duellərində “qırmızı-qaralar” 36 qol vurub, 48-ni buraxıb.
Bir dəfə - kubokun finalında neytral meydanda üz-üzə gələn tərəflər hərəyə 22 ev oyunu keçirib. “Qəbələ”nin səfər matçlarına gəlincə, rəqib meydanında 4 qələbəsi olan “Qəbələ” 8 heç-heçə edib və 10 dəfə uduzub. Meydan sahibləri 29, “qırmızı-qaralar” 17 dəfə fərqlənib.

Cari mövsüm baş tutan ilk iki dövrənin oyunları meydan sahibi olan komandanın qələbəsi ilə başa çatıb. 2017-ci il avqustun 26-da keçirilən III turun matçında Ağdam klubu 2:1 hesablı ev qələbəsi qazanıbsa, IX turun Qəbələdəki oyununda meydan sahibləri 1 qolla qalib gəlib.

“Qarabağ” - “Qəbələ”: Bütün oyunlar 

2006/07 mövsümü
20.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2
Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

22.02.2007. Premyer Liqa. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2
Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 - Vasif Əliyev, 76, Samir Zərgərov, 81

2007/08 mövsümü
06.10.2007. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Bokunqu Ncioli Fiston, 62 // Aslan Kərimov, 13, Qoqa Beraya, 52

13.04.2008. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Kənan Kərimov, 8, Aslan Kərimov, 56 // Vladimir Taranu, 80

2008/09 mövsümü
20.09.2008. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Kənan Kərimov, 78 // Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

15.03.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2009/10 mövsümü

23.09.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

06.12.2009. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Tomaş Stolpa, 52 (p.) // Rəşad Sadiqov, 78

21.03.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 3:1
Paulino Lopes Tavares, 49, İqor Melnik, 73, 84 // Georgi Adamiya, 43

24.04.2010. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Rauf Əliyev, 10 // Kənan Kərimov, 18 (p.)

2010/11 mövsümü
25.09.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Deon Burton, 57, Branimir Subaşiç, 72 // Emin İmaməliyev, 83

13.02.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Rauf Əliyev, 15, Georgi Adamiya, 63, Əfran İsmayılov, 75

2011/12 mövsümü
27.08.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Viktor Mendi, 37

21.12.2011. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

14.03.2012. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Viktor Mendi, 41; Dodo, 65 // Rauf Əliyev, 46; Muarem Muarem, 90

18.03.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
İlqar Qurbanov, 90+1 // Viktor Mendi, 16

28.03.2012. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

14.04.2012. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Yannik Kamanan, 70

2012/13 mövsümü
31.10.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Muarem Muarem, 59 // Rəşad Abdullayev, 32, Dodo, 34

10.02.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Luka Zinko, 41 // Riçard Almeyda, 55 (p.)

27.02.2013. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Dodo, 33 // Vüqar Nadirov, 56

07.03.2013. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

30.03.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:0
Riçard Almeyda, 39

28.04.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:2
Reynaldo Silva, 69, 77 

25.08.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1
Vüqar Nadirov, 16

03.11.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 4:3

19.12.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Əfran İsmayılov, 79 //  Ermin Zets, 4

19.03.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Sergey Zenyov, 17 //  Migel Madera, 9, Mahir Mədətov, 72 

11.05.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Dani, 17, 32

2016/17 mövsümü
02.10.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Filip Ozobiç, 11; Baqali Dabo, 14

29.11.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64

19.02.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Sergey Zenyov, 30; Filip Ozobiç, 68

09.04.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

05.05.2017. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (ö.q.)

26.08.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69

22.10.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Asif Məmmədov, 8



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.